“Azərbaycan Neyrocərrahlar Assosiasiyası” İctimai Birliyi ilə imzalanan memorandumda əhaliyə göstərilən neyrocərrahi xidmətin əlçatanlığının təmin edilməsi, ciddi sosial aspekti olan bir sıra nevroloji-neyrocərrahi xəstəliklərin - travmatik beyin zədələnmələri, insult - profilaktika və müalicəsinə yönəlmiş fəaliyyət proqramlarının tərtib edilməsinə dəstək göstərilməsi, resurs çatışmazlığı müşahidə olunan bölgələrdə neyrocərrahların təlimini və dayanıqlığını təşviq edən fəaliyyətlər üzrə, bir sıra ağır xəsarət növünə aid edilən xəstəliklərin (məsələn: travmatik beyin xəsarətləri, onurğa beyninin travmatik zədələri və neyrodegenerativ xəstəliklər) qarşısının alınması, erkən aşkarlanması və müalicəsi haqqında cəmiyyətdə məlumatlılığın artırılması, neyrocərrahiyyə sahəsində klinik protokollar, metodik vəsaitlər və s. rəhbər göstərişlərin tərtibi, eləcə də tətbiqinin təşkilinə dəstək göstərilməsi nəzərə tutulur.
Bu mühüm addım neyrocərrahiyyə sahəsində tərəfdaşlığı gücləndirəcək, elmi və praktiki təcrübə mübadiləsini təşviq edəcək. Sağlam gələcək üçün birlikdə çalışırıq!
27.11.2024
00:00
Digər xəbərlər
Neyrocrrahiyyə nədir?
Bu ixtisas beyin, onurğa beyni, periferik sinirlər və onurğa sütunu ilə əlaqəli xəstəliklərin müalicəsini əhatə edir. Neyrocərrahiyyə mürəkkəb və çox dəqiq bir sahədir, çünki sinir sistemi insanın hərəkətini, hissiyyatını, düşüncəsini və digər həyati funksiyalarını idarə edir.
05.01.2025
Azərbaycan Neyrocərrahlar Cəmiyyəti və TƏBİB arasında əməkdaşlıq memorandumu imzalanıb!
Azərbaycan Neyrocərrahlar Cəmiyyəti və TƏBİB arasında əməkdaşlıq memorandumu imzalanıb!
27.11.2024